Azərbaycan stolüstü tennisçiləri çempion olublar

14.02.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində uğurlu çıxış ediblər.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz U-15 kateqoriyasında qarışıq-qoşa yarışında finalda oynayıblar.

Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada tennisçilərimiz türkiyəli rəqiblərinə 3:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli cütü yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” turnirində qarışıq-qoşa yarışlarında bürünc medal qazanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью