Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də İsveçrənin Davos şəhərin
Müsahibə zamanı Prezident regional və qlobal proseslər, Azərbaycanın iqtisadi və siyasi prioritetləri, enerji təhlükəsizliyi, postmünaqişə d
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın artan beynəlxalq roluna xüsusi diqqət çəkib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınır.
Xüsusilə enerji sahəsində ölkənin Avropa üçün strateji əhəmiyyət daşıdığını qeyd edən dövlət başçısı, Azərbaycanın təbii qaz ixracının coğrafiyasının genişləndiyini və bu sahədə uzunmüddətli əməkdaşlıq modelinin formalaşdığını bildirib.
Müsahibədə enerji təhlükəsizliyi əsas mövzulardan biri olub.
Prezident İlham Əliyev Azərbaycanın yalnız enerji ixracatçısı deyil, eyni zamanda enerji təhlükəsizliyinə töhfə verən məsuliyyətli ölkə olduğunu vurğulayıb.
Dövlətimizin başçısı, Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyini və Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığını qeyd edib.