Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
“Sülh Şurasının yaradılması prosesi Azərbaycanın strateji maraqlarına tam uyğundur və ölkəmizin qlobal siyasətdə mövqeyini gücləndirir”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Deputat qeyd edib ki, ABŞ Prezidenti tərəfindən irəli sürülən və yeni beynəlxalq təşkilat kimi formalaşan Sülh Şurası təşəbbüsü Azərbaycan üçün mühüm strateji imkanlar yaradır:
“Bu proses Azərbaycanın Vaşinqtonla mövqelənməsini gücləndirir, ABŞ-ın əsas siyasi güc mərkəzlərinə çıxışını təmin edir. Eyni zamanda ölkəmizə Qafqaz və Xəzər hövzəsindən kənarda qlobal siyasətə qoşulmaq, beynəlxalq planlarda aktiv iştirak etmək imkanı verir. Cənab Prezidentin Davos İqtisadi Forumunda dünya liderləri arasında təmsil olunması da Azərbaycanın bu mövqeyini təsdiqləyir”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan–Azərbaycan münaqişəsindən sonra sülh qurucusu kimi çıxış edir və bu yanaşma çərçivəsində Ermənistan da prosesə cəlb olunub:
“Bu, Azərbaycanın dünya siyasətində daha aktiv rol oynayacağını və alternativ beynəlxalq platforma qazandığını göstərir. ABŞ Prezidenti Donald Trampın digər beynəlxalq təşkilatlarla müqayisədə Sülh Şurasına xüsusi önəm verdiyini açıq şəkildə bəyan etməsi də bu qurumun qlobal siyasətdə artan rolunu nümayiş etdirir”.
Şəbnəm