Azərbaycan sumoçuları Avropa çempionatını iki medalla başa vurublar

26.05.2025

Cbcsport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan sumoçuları Macarıstanın Sigetsenmikloş şəhərində keçirilən Avropa çempionatını iki medalla başa vurublar.

Təmsilçilərimiz yarışın son günündə 4 çəki dərəcəsində dohyoya çıxıblar.

Böyüklər kateqoriyasında mübarizə aparan Çingiz Səmədov bürünc medal əldə edib. 100 kq-da qüvvəsini sınayan idmançı ötən il Yunanıstanın Lutraki şəhərində keçirilmiş qitə birinciliyində gümüş medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatında Yapon Döyüş növləri və Mədəniyyəti Assosiasiyasının rəhbərliyi altında Azərbaycanı 4 sumoçu təmsil edib. U-21, U-23 və böyüklər kateqoriyaları üzrə təşkil edilən qitə birinciliyində daha əvvəl U-23 kateqoriyasında döyüşən Rəsul Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью