Azərbaycan süni intellekt məkanında qlobal rəqabət qabiliyyətini gücləndirir | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müsahibimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Rasim Mahmudovdur.
– Bildiyiniz kimi, bu yaxınlarda Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiq etmişdir.
Belə bir sənədin qəbul edilməsi hansı zərurətdən irəli gəlirdi?
– Əvvəla, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər ərzində rəqəmsallaşma sahəsində mühüm addımlar atılmış, elektron dövlətin inkişafında, rəqəmsal xidmətlərin göstərilməsində, iqtisadiyyatın müxtəlif sahələrində süni intellekt texnologiyaları geniş tətbiqi sahəsində müəyyən uğurlar əldə edilmişdir.
Ölkəmizin müvafiq tədqiqat mərkəzlərində süni intellektlə bağlı aparılan tədqiqatların başlanğıcı isə ötən əsrin ortalarına gedib çıxır və bu sahədə bir sıra elmi nailiyyətlər qazanılmışdır.
Eyni zamanda, Azərbaycanın müvafiq ali məktəblərində də uzun müddətdir ki, süni intellekt üzrə kadrlar hazırlanmaqdadır.
Lakin son vaxtlar ölkəmizdə süni intellektlə bağlı həyata keçirilən bu prosesləri daha sistemli, davamlı, çevik və məqsədyönlü etmək üçün institusional çərçivənin müəyyən edilməsi – “strateji yol xəritəsi”nin hazırlanması zərurəti yaranmışdı.
Tam oxu
Xəbəri oxu