Azərbaycan Suriya İşgüzar Şurası yaradılır

07.01.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

Bu barədə Bakıvaxtı.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan, ticarət, investisiya, İT, tikinti, istehsal, sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər Azərbaycan–Suriya İşgüzar Şurasına üzv olmağa dəvət olunurlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью