Azərbaycan Suriya parlamentlərası əlaqələri nə vaxt bərpa ediləcək? Komitə sədri danışdı |…
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriyada Bəşər Əsəd rejimi devriləndən sonra hakimiyyətə gələn Əhməd Əl Şaraanın başılıq etdiyi yeni hökumət Türkiyə və Azərbaycanla əlaqələri bərpa etməkdə maraqlıdır.
Artıq bu istiqamətdə müvafiq addımlar atılıb.Bu il fevral ayının 17-də 13 illik fasilədən sonra Azərbaycanın Dəməşqdəki səfirliyi fəaliyyətini bərpa edib.
Eləcə də bir neçə gün öncə Suriya keçid hökumətinin Prezidenti Əhməd Əl Şaara Azərbaycana səfər edib və Prezident İlham Əliyevlə görüşüb.
Bu görüşdə bir sıra əməkdaşlıq məsələləri müzakirə olunub, Bütün bunlar parlament səviyyəsində də əməkdaşlığın bərpa edilməsini şərtləndirir.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, parlamentlərarası işçi qrupunun bərpası xalqlararası münasibətlərin formalaşmasını və normal şəkildə cərəyan etməsini tələb edir: “Bütün spektrlər üzrə Azərbaycan-Suriya əlaqələri genişlənir.
Ardıcıl olaraq bu istiqamətdə bütün sahələr üzrə işlər aparırıq.
Başa düşmək lazımdır ki, Suriyada gedən proseslər o qədər də asan deyil, orada vəziyyət həddindən artıq mürəkkəbdir.
Tam oxu
Xəbəri oxu