Icma.az bildirir, Idman.biz portalına istinadən.
Azərbaycan futbol millisi sentyabrın 23-də Tacikistanla yoldaşlıq görüşündə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, “Palms Sports Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.
Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycan millisi bu oyundan sonra UEFA Millətlər Liqasında mübarizəni davam etdirəcək. Yığma sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Lixtenşteyn və oktyabrın 4-də yenidən Litva ilə üz-üzə gələcək.