Azərbaycan taekvondoçuları beynəlxalq turnirin ilk günündə iki medal qazanıblar AZƏRTAC

25.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 noyabr, AZƏRTAC

Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə “Bosnia Open” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Millinin üzvlərindən Vasif Səlimov (6️8 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. 7️8 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Əliyev isə bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün yarışda böyük yaşlı idmançılar mübarizəyə qoşulacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью