Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar

25.11.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan taekvondoçuları Vasif Səlimov və Elcan Əliyev Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, V.Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. E.Əliyev (78) isə bürünc medal əldə edib.

Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью