Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar

25.11.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb. Federasiyadan SİA-ya verilən məlumata görə, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.

Elcan Əliyev (78) isə bürünc medal əldə edib.

Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью