Azərbaycan taekvondoçuları “Fujairah Open” beynəlxalq turnirində 6 medal qazanıblar

13.02.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın yeniyetmə tekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open” beynəlxalq turnirində 6 medal qazanıblar.

"Report" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan ikisinin əyarı qızıl, biri gümüş, üçü isə bürünc olub.

Elmira Bayrak (41 kq) və Fuad Həsənov (+65 kq) qızıl, Fidan Muxtarzadə (29 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Rüqəyya Əliyeva (33 kq) və Elmir Səlimov (53 kq) bürünc medal əldə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью