Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, 21 yaşadək idmançılar arasında təşkil olunan yarışda üçüncü olub.
Bununla da 54 kiloqram çəkidə mübarizə aparan S.Dadaşov bürünc medala sahib çıxıb.