Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

29.10.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Uşi şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı medala gedən yolda Abdul Vahid (Hindistan), Omonjon Otajonov (Özbəkistan), Lev Korneyev (Serbiya) və Yusuf Badəm (Türkiyə) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Qeyd edək ki, mundiala oktyabrın 30-da yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью