futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan idmançısı növbəti medala imza atıb.
Futbolpress.az xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Adil Kazımlı finalda iordaniyalı Ahmad Aldahamşeyə məğlub olaraq turniri gümüş medalla başa vurub. Mübarizəyə 1/4 finaldan başlayan idmançımız tunisli Adem Dyebbi və seneqallı Amet Diopu məğlub edərək həlledici mərhələyə yüksəlmişdi.
Bu nəticə ilə Azərbaycan nümayəndə heyətinin Dakar-2026-dakı medallarının sayı 5-ə (3 qızıl, 2 gümüş) çatıb. Xatırladaq ki, cüdoçu İbrahim Talıbov, çimərlik güləşçiləri Tunar Quliyev və Elgün Kərimli çempion adını qazanıb, Nihad Süleymanlı isə gümüş medala sahib çıxıb. Eyni gündə boksçumuz Gülər Hüseynova (51 kq) yarımfinalda kanadalı Mehrin Xananı 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib və noyabrın 12-də Venesuela təmsilçisi Qrenyellis Qarsiya ilə qızıl medal uğrunda döyüşəcək.
Oyunlara noyabrın 13-də yekun vurulacaq.