Azərbaycan taekvondoçusu Paris Qran Prisində mübarizə aparacaq

08.10.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycanın taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Taekvondo Qran-Prisində iştirak edəcək.

Taekvondo Federasiyasından AZƏRTAC-a bildirilib ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa yollanan idmançı 58 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. O, oktyabrın 9-da tatamiyə çıxacaq.

Bu gün start götürəcək və oktyabrın 11-dək davam edəcək Qran-Pri turniri Olimpiadaya reytinq xalları qazandırır.

Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yarışda Azərbaycanı təmsil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью