Azərbaycan TANAPla nə qədər qaz nəql edib? (FOTO)

15.01.2025

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən il Azərbaycandan xaricə qaz satışının həcmi məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ötən ilin yanvar - dekabr aylarında təxminən Avropaya 12,9 mlrd.m3, Türkiyəyə 9,9 mlrd.m3, Gürcüstana isə 2,4 mlrd.m3 qaz ixrac olunub.

Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd.m3 qaz nəql edilib. Ötən il xaricə qaz satışı 2023-cü illə müqayisədə təqribən 5,8 % çoxdur”, - deyə paylaşımda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью