Azərbaycan TAP boru kəməri vasitəsilə bu ölkələrə qaz tədarükünə başlayıb

16.01.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yanvar ayında Almaniya və Avstriyaya qaz tədarükünə başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Kommersant" yazıb. 

Resurslar Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql olunur. Yanacaq İtaliya vasitəsilə yeni bölgələrə çatdırılır.

Bakı bu hadisəni Azərbaycanın ixrac potensialının inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirib. Bununla da, Azərbaycan qazını alan ölkələrin ümumi sayı 16-ya çatıb. 

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью