Azərbaycan tarixi mövzusunda yeni film çəkilir

10.10.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Caspian Media Group” və ARKA-nın sifarişi ilə hazırlanan bədii-sənədli filmin çəkilişlərinə başlanıb.

Yenisabah.az xəbər verir ki, quruluşçu rejissor Elmar Bayramov layihənin həm sənədli faktlara, həm də bədii təxəyyülə əsaslanacağını bildirib.

Çəkilişlər Azərbaycanın tarixi abidələri və təbiət mənzərələrində aparılır, ən müasir texnologiya və kino effektləri istifadə olunacaq. pizza

Baş rollarda Rüstəm Cəbrayılov və Ümid Qədimli çıxış edir, Xalq artisti Vidadi Həsənov və digər tanınmış aktyorlar da filmdə yer alıb.

Film Azərbaycanın qədim dövlətçilik ənənələrini, tarixi şəxsiyyətlərini və mədəni irsini müasir kino dili ilə tamaşaçıya çatdırmağı hədəfləyir.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью