Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. “İran-İsrail müharibəsinin başlaması ehtimalı Azərbaycan üçün də ciddi çağırışlar ortaya q
Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, İran–İsrail müharibəsinin region dövlətlərinə göstərəcəyi təsirin səviyyəsini müəyyən etmək üçün Rusiya-Ukrayna müharibəsinin acı təcrübələrinə diqqət yetirmək lazımdır: “Ukrayna müharibəsi əslində Rusiya–Qərb, Rusiya–NATO müharibəsidir.
Ukrayna adının arxasında Ramşteynə daxil olan 60 dövlət dayanır və Rusiya bunların hamısına qarşı müharibə aparır.
Sözügedən müharibənin əks-sədası nəinki region dövlətləri, hətta dünya dövlətlərinə təsir edir.
Eləcə də İran-İsrail müharibəsi İran-Qərb, İran-ABŞ müharibəsi formasında təzahür edəcək.
Yəni İrana qarşı təkcə İsrail deyil, bütün Qərb, ABŞ dayanacaq.
Rusiya-Ukrayna müharibəsi kimi, bu müharibə də həm region dövlətləri, həm də digər dünya dövlətlərini öz ağuşuna alacaq.