Icma.az, Gununsesi saytına istinadən bildirir.
Təhlilçilər hesab edir ki, İranda rejim dağıldıqdan sonra Azərbaycan ərazisində yeni siyasi və iqtisadi quruluşlar yarana bilər.
Maraqlıdır, tarixi torpaqlar birləşsə, nələr baş verəcək?
Gununsesi.info-ya açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib ki, paytaxt dəyişəcək və böyük ehtimalla Araz sahilində yeni paytaxt salınacaq.
O bildirib ki, Güney Azərbaycanda dil və əlifba islahatları həyata keçiriləcək və Arazın o tayında müəllimlərə, xüsusilə dil və ədəbiyyat müəllimlərinə tələbat artacaq:
“Cəmiyyət şəriət-hüquq sistemindən uzaqlaşacaq. Məsələn, oğurluğa görə insanların əlinin və ya qolunun kəsilməsi kimi cəzalar tətbiq edilməyəcək. Təbrizdə və digər iri şəhərlərdə filarmoniya, opera və balet teatrları, eləcə də akademik dram teatrları fəaliyyətə başlayacaq. İqtisadi rayonların sayı artırılacaq və ölkə ərazi baxımından dünyada ilk 80 dövlət arasında yer alacaq. AMEA-nın Təbriz bölməsi yaradılacaq”.
O qeyd edib ki, Quzey Azərbaycanda isə şirniyyat, ədviyyat, çərəz, ət, toyuq və süd məhsullarının qiymətləri ucuzlaşacaq:
“Keyfiyyətli Təbriz istehsalı ayaqqabıları daha münasib qiymətə əldə etmək mümkün olacaq. Təbriz istehsalı olan münasib qiymətli avtomobillər ölkə avtomobil bazarına daxil olacaq. “Traktor” futbol klubu UEFA bayrağı altında beynəlxalq yarışlara qatılacaq, Çempionlar Liqasında isə iki klub təmsil olunacaq”.
Şəbnəm