Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Tarixi Zəfərimizdən 4 il keçir.
Son dörd ilin harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün necə qürurverici olduğunu təsəvvür etmək çətin deyil.
30 il bir milyondan artıq soydaşının qaçqın və məcburi köçkün vəziyyətində olmasının, 20 faiz torpağının düşmən tapdağı altında qalmasının acısını yaşayan xalqın bu gün keçirdiyi hisslər bəllidir.
Tarixi ədalət, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi, artıq soydaşlarımız mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdır.
30 il bu günü səbirsizliklə gözləyən xalqımız tam əmin idi ki, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq və bu ərazilərdə yeni həyat başlayacaq.İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub.
Hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Lider və düşünülmüş siyasət amillərinin hər bir ölkənin inkişafında, qarşıya qoyduğu hə
Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olmasını səciyyələndirən də məhz bu amillərdir.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi oldu.