Azərbaycan tarixində heç vaxt din və məzhəb zəminində ayrı seçkilik olmayıb

18.04.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb.

Missiya.Az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunda əksini tapıb.

Dövlət başçısı bildirib ki, Azərbaycanda etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb:

"Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью