Azərbaycan tarixindən mühüm dönüş nöqtəsi

30.09.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.
3 oktyabr 1993-cü il – Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi və dünya miqyaslı siyasi peşəkarlığı
3 oktyabr 1993-cü il Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biridir. Məhz həmin gün ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə ölkənin mürəkkəb siyasi və ictimai vəziyyətdən çıxaraq sabitlik və dövlət quruculuğu yoluna qədəm qoymasında mühüm mərhələ oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti yalnız Azərbaycan miqyası ilə məhdudlaşmırdı. Onun zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi, diplomatik məharəti və mürəkkəb prosesləri düzgün qiymətləndirmək bacarığı dünya miqyasında böyük siyasi peşəkarlığın nümunəsi kimi dəyərləndirilir. 1993-cü ildən etibarən ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, dövlət institutlarının formalaşdırılması, iqtisadi islahatların başlanması və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Heydər Əliyevin siyasi strategiyasında Azərbaycanın milli maraqları, dövlət müstəqilliyinin qorunması və ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi xüsusi yer tuturdu. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da gücləndirdi.
Ulu Öndər Heydər Əliyevin dünya miqyaslı siyasi peşəkarlığı, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli liderliyi müasir Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuşdur. 3 oktyabr 1993-cü il isə bu böyük siyasi yolun ən mühüm tarixlərindən biri kimi yaddaşlarda yaşayır.
Vəfa Qasımova
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью