Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bişkekdə TDT dövlət başçılarının XI zirvə toplantısı keçirilib Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının XI zirvə toplantısı keçirilib.
Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyan sammit mühüm tarixi əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu il TDT-nin fəaliyyətinin 15-ci ili tamam olur.
Ortaq dil, tarix və ənənələrə dayanan, ildən-ilə daha da güclənən təşkilat ötən dövr ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə verib, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanı sürətləndirib, nüfuzlu bir təşkilat kimi beynəlxalq təşkilatlar sırasına öz adını daxil etməyə müvəffəq olub.
Azərbaycan Prezidenti İlham Əliyev də adıçəkilən sammitdə çıxış edib.
Qeyd edək ki, TDT türkdilli ölkələrin Dövlət Başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə imzaladıqları “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Sazişi”nə əsasən təsis edilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 2019-cu ildə Özbəkistan da TDT-yə üzv olub.