Icma.az, Baku.ws saytına istinadən bildirir.
Təbiət elmləri üzrə PISA nəticələrinə görə Bakı şəhəri 440 balla 47-ci yerdədir.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
"Mənə görə təbiət fənnlərində top 50 ölkələr arasında olmaq yaxşı nəticədir", - deyə nazir vurğulayıb.
Qeyd olunub ki, ümumilikdə isə Azərbaycan 409 balla 69-cu yerdədir.
Bu istiqamətdə 91 ölkə arasında 43 ölkə geriyə gedib, 35 ölkə isə irəliləyib.