Icma.az, 525.az saytına istinadən bildirir.
“Azərbaycan son 2 ildir təbii qaz idxalını azaldır. Bu il maraqlı olan odur ki, nə Türkmənistandan, nə də Rusiyadan qaz idxalımız qeydə alınmayıb. Əvəzində olan idxal yalnız İrana aiddir. Amma rəsmi statustikada bur məqam da diqqətimi çəkdi ki, bu da İrana olan ixrqcımızla bağlıdır”.
Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin dediyinə görə, sadəcə İranla bağlı 2005-ci ilin noyabrından aparılan əməliyyatların metodologiyası dəyişib: swap (mübadilə) əməliyyatları idxal-ixrac kimi qeyd edilir. Cari ilin yanvar mayında İrandan Xoy-Culfa kəməri ilə Naxçıvanın ehtiyacları üçün 185 mln kubmetr qaz alınıb, eybi dövrdə Astara-Binand (İran) kəməri ilə İrana 45 mln m3 qaz ixrac edilib.
Sevinc Qarayeva