Azərbaycan təhsildə dünya ilə yarışa qoşulur

05.05.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bildiyiniz kimi, 2025-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəbəqədər təhsillə bağlı beynəlxalq qiymətləndirmə tədqiqatına qoşulub. Bu, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) həyata keçirdiyi tədqiqatlardan biridir. OECD-nin təhsil göstəriciləri müxtəlif pillələr üzrə qiymətləndirmələr və ölçmələr aparılır və bunun əsasında müxtəlif ölkələrdəki təhsil vəziyyətlərinin müqayisəsini əldə edir”.

Redaktor.az xəbər verir ki, bunu “Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı”nın (IELS 2025) nəticələrinə dair məlumatlandırma sessiyasında elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev bildirdi.

Onun sözlərinə görə, bu alətlər vasitəsilə dünyada təhsil proseslərinin dinamikası, uğurlu təcrübələr və təkmilləşdirmələr araşdırılır, təhlil olunur və bir çox ölkələr öz təhsil siyasətlərini bunun əsasında həyata keçirirlər:

“O cümlədən, Azərbaycan hökuməti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi də öz təhsil siyasətində, ümumiyyətlə, beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələri üzərindən siyasəti həyata keçirir”.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью