Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu | Icma.az
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müasir Azərbaycan təhsilinin inkişafı birbaşa Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Azərbaycan Kommunist Partiyasının birinci katibi olan dövrdə Azərbaycanda təhsilin inkişafı istiqamətində onun gördüyü işlər barədə çox eşitmiş, arxiv materiallarından çox oxumuşuq.
Onun Azərbaycan gənclərinin təkcə Azərbaycanda deyil, həm də keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində ali təhsil almaları üçün gördüyü işləri, yaratdığı şəraiti bu gün o dövrün insanları minnətdarlıq hissi ilə xatırlayırlar.Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi olarkən - yəni 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə isə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul edildi.Təbii ki, bu qərarlar birbaşa onun təşəbbüsü və ideyası əsasında qəbul olunmuşdu.Bu qərarların icrası nəticəsində ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə, 1982-ci ildə isə 3750-yə çatdırıldı.
Ümumtəhsil məktəblərində 1980-ci ildə 710 min şagird təhsil alırdı ki, bu da 1969-cu illə müqayisədə iki dəfə çox idi.
Həmin illərdə beş yeni ali təhsil müəssisəsi yaradıldı və ali təhsil alanların sayı 70 000 nəfərdən 100 000 nəfərə çatdırıldı.1991-ci il oktyabr ayının 18-də müstəqilliyimizi rəsmən bəyn etsək də, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası irəli sürməsi və bunun nəticəsində yaranmış Qarabağ münaqişəsi respublikamızın inkişafına böyük əngəllər yaratdı.
Yaranmış əngəllərin ən qlobalı siyasi hərcmərclik idi. Bunun nəticəsində torpaqlarımız işğal olundu, bir milyon vətəndaşımız doğma yurdundan
Daxili çəkişmələr vətəndaş müharibəsi təhlükəsi yaratmışdı.
Bu təhlükəni açıqca hiss edən xalqımız nəhayət üzünü Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə tutdu və onu təkidlə Azərbaycan Respublikasının rəhbərliyinə dəvət etdi.Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqil, azad, suveren Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyuldu.“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam...” deyən Heydər Əliyevi biz təhsilimizin memarı hesab edirik...Ümummilli lider Heydər Əliyev 1993-cü il iyun hadisələrindən sonra parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış müstəqil Azərbaycan dövlətinə rəhbər seçiləndən sonra hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində böyük siyasi və dövləti idarəetmə təcrübəsinə əsaslanaraq bütün sahələr üzrə Azərbaycanın inkişafını təmin edən islahatlar həyata keçirdi.Təhsil sahəsi də onun apardığı islahatların tərkib hissəsi idi.1993-cü ildən başlayaraq yaratmış olduğu təhsil konsepsiyası əsasında milli dəyərlər nəzərə alınmaqla Azərbaycanın qiymətli, vətənpərvər vətəndaşlarının yetişdirilməsi istiqamətində qərarlar qəbul etdi, islahatların hüquqi bazasını yaratdı.Müstəqilliyimizin ilkin illərində ümumtəhsil məktəblərində dərslik problemi yaranmışdı.
Tam oxu
Xəbəri oxu