Azərbaycan təmsilçiləri “Avroviziya 2025”də mübarizəni dayandırıb

14.05.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan “Avroviziya-2025” mahnı müsabiqəsinin birinci yarımfinalında mübarizəni dayandırıb.

APA xəbər verir ki, çıxışlardan sonra səsvermə keçirilib.
Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçisi “Mamagama” qrupu mübarizəni dayandırıb.

Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri finala adlayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью