Azərbaycan təmsilçiləri İslamiadada mübarizəyə başlayırlar

04.11.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycanın futzal və voleybol milliləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayacaqlar.

QOL.az xəbər verir ki, qadınlardan ibarət voleybol yığmamız ilk görüşündə İran ilə üz-üzə gələcək. Oyun saat 14:00-da start götürəcək.

Futzal millimiz isə A qrupunda Liviya ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью