Azərbaycan təmsilçiləri Türküstanda 2 medal qazandı

28.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan təmsilçiləri Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında iki qızıl medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, kişilərin mübarizəsində 14-cü turda Nicat Abasov Qırğızıstan şahmatçısı Ediyar Orozbayevlə heç-heçə oynayıb. 14 turdan sonra 9 xal toplayan qrossmeyster bütün rəqiblərini qabaqlayaraq qalib olub.

Qadınların çempionatının son turunda isə Gövhər Beydullayeva Qazaxıstan şahmatçısı Zarina Nurgaliyeva ilə xalı yarı bölüb. Yekunda 10 xalı olan şahmatçı birinci yeri tutub.

Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempion olub. Qaliblərin şərəfinə çempionatın bağlanış mərasimində iki dəfə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью