Azərbaycan təmsilçisi Avropa Kubokunda çıxışını başa vurub

17.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda çıxışını başa vurub.

"Report" xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gəlib.

Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:19.

Qeyd edək ki, ötən gün baş tutan ilk görüşdə "Qarabağ" 20:33 hesabı ilə uduzub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью