Azərbaycan təmsilçisi “Benfika” ilə bacarmadı

05.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliyanın "Benfika" kollektivi ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, Lissabon şəhərində keçirilən G qrupunun 5-ci turunun oyununda ev sahibləri qələbə qazanıb – 97:76.

Xatırladaq ki, "LANDAU Lions" 4-cü turda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib – 94:86. Ölkə təmsilçisi əvvəlki üç görüşdə isə məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью