Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda növbəti oyununa çıxacaq.
Teleqraf.com xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gələcək.
Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq qarşılaşma saat 12:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün baş tutan ilk görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 33:20.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.