Azərbaycan təmsilçisi ÇL də ikinci oyununa çıxacaq

28.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovina çempionu ilə üz-üzə gələcək. Görüş saat 17:30-da başlayacaq.

Qeyd edək ki, komandamız 5-ci qrupun ilk oyununda Macarıstanın “Uypest” kollektivini 5:4 hesabı ilə məğlub edib. Bugünkü rəqibimiz “Buba Mara” isə “Piast”a 2:4 hesabı ilə yenilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью