futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda növbəti oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün turnirin 1/32 final mərhələsinin cavab matçında Danimarkanın “Holte IF” kollektivini qəbul edəcək.
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin Bakıdakı idman zalında, saat 18:00-da start götürəcək.
Komandalar arasında ilk matçda “DH Volley” rəqibini 3:1 hesabı ilə məğlub edib. Cütün qalibi növbəti raundda Polşanın LKS klubu ilə qarşılaşacaq.