Azərbaycan təmsilçisi finala yüksəldi

23.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan milli komandası uğurlu çıxışını davam etdirir.

Futbolpress.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Sübhan Məmmədov yarımfinal mərhələsində Türkiyə təmsilçisi Samet Gümüşü məğlub edərək fəxri kürsünün ən yüksək pilləsi uğrunda döyüşmək hüququ qazanıb.

Yarış çərçivəsində bu gün daha üç boksçumuz rinqə çıxacaq. Yarımfinal döyüşlərində Nəbi İsgəndərov (70 kq) İrlandiya təmsilçisi Con Makkonellə, Məhəmməd Abdullayev (+90 kq) isə ingiltərəli Damar Tomasla qarşılaşacaq. 1/4 final mərhələsində isə Seyidcəmşid Cəfərov (75 kq) isveçli Kevin Skottla gücünü sınayacaq.

Daha əvvəl Amin Məmmədzadə (55 kq) də yarımfinala yüksələrək özünə azı bürünc medalı təmin etmişdi. Ümumilikdə Avropa çempionatına 11 boksçu ilə qatılan yığmamızın 6 üzvü artıq mübarizəni vaxtından əvvəl başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью