Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan ultramarafonçusu Elmir Əskərov Hindistanın Benqaluru şəhərində keçiriləcək 100 km məsafəyə qaçış üzrə dünya çempionatında çıxış edəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarış dekabrın 7-də baş tutacaq.
Qeyd edək ki, bu, sayca 32-ci dünya çempionatı olacaq.