Azərbaycan təmsilçisi mübarizəni dayandırdı

17.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda çıxışını başa vurub.

Fanat.Az xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gəlib.

Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:19.

Qeyd edək ki, ötən gün baş tutan ilk görüşdə "Qarabağ" 20:33 hesabı ilə uduzub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью