Azərbaycan təmsilçisi rəqibini darmadağın etdi

11.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizdə ilk dəfə keçirilən çimərlik polosu üzrə beynəlxalq turnirdə növbəti qarşılaşma baş tutub.

Futbolpress.az xəbər verir ki, günün ikinci matçında Azərbaycan təmsilçisi “Elit Polo Club” Rusiyanın “Moscow Polo Club” komandası ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma komandamızın 7:3 hesablı üstünlüyü ilə başa çatıb.

Günün açılış görüşündə “Sankt Mortiz” (İsveçrə) Birləşmiş Krallığın “Red Star” kollektivini 7:6 hesabı ilə məğlub etmişdi.

Qrup mərhələsinin ardından yarımfinal cütlükləri də müəyyənləşib. Azərbaycan təmsilçisi “Elit Polo Club” yarımfinalda Birləşmiş Krallığın “Red Star” komandası ilə qarşılaşacaq. Digər yarımfinal matçında isə “Sankt Mortiz” (İsveçrə) və “Moscow Polo Club” (Rusiya) üz-üzə gələcəklər.

Bu mərhələnin qalibləri sentyabrın 13-də həlledici final oyununda, məğlub tərəflər isə 3-cü yer uğrunda mübarizə aparacaqlar. Beynəlxalq turnirə sentyabrın 13-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью