Azərbaycan təyyarə qəzasının araşdırılmasına dəstəyə görə ICAO ya təşəkkür edib | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bern şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional Direktoru Nikolas Rallo ilə görüş keçirib.
Baş katib Xuan Karlos Salazar Azərbaycanın bölgədə ICAO-nun fəal üzv dövləti kimi həyata keçirdiyi işləri yüksək qiymətləndirdiyini bildirib.
O, ölkəmizin bir sıra mühüm layihələri uğurla icra etdiyini, ICAO-nun Azərbaycanı daim dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini deyib.
Baş katib həmçinin Azərbaycan mülki aviasiyasının inkişafının növbəti mərhələyə yüksəldilməsinin vacibliyini qeyd edərək bunun üçün Mülki Aviasiya Baş Planının hazırlanmasının zəruriliyini diqqətə çatdırıb.
O bu cür planların artıq aviasiya sahəsində aparıcı dövlətlər tərəfindən səmərəli istifadə olunduğunu, böyümə hədəflərinin sistemli şəkildə planlaşdırılması və əlaqələndirilməsi üçün mühüm vasitə kimi çıxış etdiyini vurğulayıb.
Nazir müavini Elmin Məmmədov bu sistemli yanaşmanın Azərbaycan aviasiya sektorunun daha da inkişafı üçün əhəmiyyətini vurğulayıb.
Bildirib ki, hökumət, mülki aviasiya orqanı və aviasiya sənayesi ICAO-nun rəhbərliyi altında sıx koordinasiya şəraitində belə bir planı hazırlamaq və səmərəli şəkildə həyata keçirmək üçün birlikdə çalışacaq.
Tam oxu
Xəbəri oxu