Azərbaycan təyyarəsində Türkiyə raketi: hədəf məhv edildi | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Su-25 hücum təyyarəsi Türkiyə istehsalı SOM-B1 qanadlı raketini sınaqdan keçirib.
Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Atəş sınaqlarının uğurla başa çatdığı bildirilir.
SOM raketinin Azərbaycan üçün təkmilləşdirilmiş versiyası SOM ŞAHİN UBAS adlandırılıb.
Raketdə avtonom atəş idarəetmə sistemi ilə uğurla istifadə edilib. Hədəf uzaq məsafədən dəqiqliklə məhv edilib.
Qeyd edək ki, raket 230 kiloqramlıq yüksək partlayıcı döyüş başlığı və müasir naviqasiya sistemi ilə təchiz edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu