Azərbaycan tibbində qürurverici əməliyyat VİDEO

25.10.2026

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Doqquz yaşlı oğlan uşağı beyindaxili qanama ilə xəstəxanaya çatdırılıb. Vəziyyətinin sürətlə ağırlaşması səbəbindən təcili neyrocərrahi müdaxiləyə ehtiyac yaranıb.

Müayinələr zamanı uşağın beynində geniş qanaxma, həmçinin beyin mədəciklərinə qan sızması aşkar edilib. Həkimlərin ilkin ehtimalına görə, qanaxmanın səbəbi beyin damarlarının arteriovenoz malformasiyası — AVM ola bilərdi. Əlavə müayinələr zamanı uşağın beyin damarlarının anatomiyasında nadir xüsusiyyət də müəyyən edilib.

Uşağın həyatı üçün yaranmış təhlükəni nəzərə alan həkimlər təcili əməliyyat qərarı veriblər.

Əməliyyat SAF Hospitalda neyrocərrah Pərvin Mirzəliyev tərəfindən, SAF Hospitalın peşəkar həkim heyətinin iştirakı ilə həyata keçirilib.

Mürəkkəb cərrahi müdaxilə bir neçə mərhələdə aparılıb. İlk növbədə, kəllədaxili təzyiqin azaldılması üçün beynin mədəciklərində toplanmış maye boşaldılıb. Daha sonra qanaxmanın mənbəyinə müdaxilə edilib və qanaxma ilə əlaqəli damara xüsusi klip yerləşdirilib. Beynin sol alın payında qanaxmanın baş verdiyi sahədə də cərrahi müdaxilə aparılıb.

Doqquz saat davam edən əməliyyatdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinə ciddi nəzarət edilib, təkrar görüntüləmə müayinələri aparılıb. Müalicənin sonrakı mərhələlərində hərarətinin yüksəlməsinə baxmayaraq, uşağın müalicəsi davam etdirilib.

*Həkimlərin səyi və peşəkar komanda işi nəticəsində uşaq iki həftə sonra sağ-salamat evə buraxılıb.*

Bu hadisə uşaqlarda qəfil yaranan nevroloji əlamətlərin vaxtında tanınmasının, düzgün diaqnostikanın və təcili tibbi müdaxilənin nə qədər vacib olduğunu bir daha göstərir. Eyni zamanda, mürəkkəb və həyati təhlükə yaradan hallarda təcrübəli həkim heyətinin koordinasiyalı fəaliyyətinin əhəmiyyətini nümayiş etdirir.

Əməliyyat haqqında detallı olaraq neyrocərrah Pərvin Mirzəliyev və uşağın valideynləri bəhs edib:
VİDEO İZLƏ

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью