Azərbaycan triatlonçuları Avropa Kubokunda mübarizə aparacaqlar

13.08.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan triatlonçuları növbəti beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.

İdman.Biz xəbər verir ki, idmançılarımız Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq gənclər arasında Avropa Kubokunda mübarizə aparmaq üçün bu gün səfərə yollanırlar.

Turnir avqustun 15-də Kişinyovdakı “La Izvor” parkında keçiriləcək.

Kişinyov mərhələsi supersprint formatında (400 m üzgüçülük + 10 km velosiped + 2,5 km qaçış) təşkil ediləcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью