Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB

12.10.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanı tək buraxmayın, məktəbləri dini ocaqlara çevirmək istəyirlər” 

Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlı Ocaq üzvlərinə və ölkə aydınlarına müraciət ünvanlayıb. Sherg.az xəbər verir ki, müraciətdə deyilir:

“Dəyərli Türk Ocaqlılar! Türk milliyyətçi kəsimin övladları!

Bu gün Azərbaycan İran rejiminin uzun müddət başörtüsü, hicab adı altında başladığı ideoloji savaşın ən gərgin günlərini yaşayır. Bəzi məktəblərin qapıları sındırılıb, vəhşiliklər törədilib, İran rejiminin jestləri ilə qarşıdurmalar yaradılıb, təhsil müəssisələrinin qarşısında fars ağzı ilə şüarlar səsləndirilib, mərsiyələr oxunub.

Bildirmək istəyirik ki, Azərbaycanda başörtüsü qadağası yoxdur, orta məktəblərdə vahid məktəbli forması tətbiq edilib. Bu dövlət qaydasını əlində əsas tutan İranın fars-molla rejimi Azərbaycanın müstəqil dövlət modelini dəyişdirmək üçün bundan istifadə edir, şəriət dövləti yaradacaqlarını bəyan edir, cəmiyyətdə qarşıdurmalar yaradır və təəssüf ki, bu hal getdikcə gərginləşir.

Azərbaycanın bu addımını xüsusən Türkiyədə bəzi sosial şəbəkə istifadəçiləri və bloqerlər İsrail sionizmi ilə əlaqələndirməyə çalışır, vəziyyəti obyektiv təhlil etmirlər. Bilin və agah olun ki, Azərbaycan türk milliyyətçiləri, xalqın böyük bir hissəsi fars-molla rejiminə qarşı olduğu kimi, sionizmə də qarşıdır. Azərbaycan cəmiyyəti dünyəviliyin tərəfdarıdır, siyasi İslamı, məzhəb üzərindən yürüdülən siyasəti qəbul etmir.

Əziz Türk Ocaqlılar!

Sizi Azərbaycanda bu gün İranın törətdiyi vəhşilikləri, yaratdığı qarşıdurmaları, məktəbləri dini ocaqlara çevirmək cəhdlərini və məzhəb üzərindən yürüdülən siyasəti pisləməyə, bunları sosial media hesablarınızda paylaşmağa, Azərbaycan Türk dövlətinin müstəqilliyini dəstəkləməyə çağırıram.

Azərbaycanı tək buraxmayın!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью