Azərbaycan Türkiyə diaspor əməkdaşlığı

09.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya meridianlarında qardaşlıq anlaşması

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığı arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Yerli medianın yaydığı məlumatda deyilir ki, imzalanan sənədin əsas məqsədi iki qardaş ölkənin diaspor fəaliyyəti sahəsində birgə əməkdaşlığının formalaşdırılmasıdır. Memoranduma əsasən, Azərbaycan və Türkiyə diaspor ilə bağlı məsələləri ikitərəfli əməkdaşlıq üzrə qarşılıqlı əlaqələrin yaradılması yönündə səyləri artıracaq, məlumat və təcrübə mübadiləsi vasitəsilə əməkdaşlıq edəcək.

Anlaşma Memorandumunda o da qeyd olunur ki, tərəflər, həmçinin bu əməkdaşlıq çərçivəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini, birgə proqramların təşkilini, eləcə də mövzu ilə bağlı görüş və ya konfransların müvafiq formatda keçirilməsini təmin edəcəklər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью