Azərbaycan Türkiyə əlaqələri müzakirə olunub

10.02.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi, səfir Mehmet Samsarla görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Görüşdə Türkiyə səfiri Birol Akgün də iştirak edib.

Görüş zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью