Azərbaycan Türkiyə ilə dövlətözəl sektor tərəfdaşlığı üzrə təcrübə mübadiləsi aparır

05.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında dövlət-özəl sektor tərəfdaşlığı üzrə birgə təcrübə mübadiləsi proqramı həyata keçirilir.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, proqram Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə təşkil olunub.

Proqramda Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyinin, Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Maliyyə Nazirliyinin, Türkiyə tərəfdən isə Strategiya və Büdcə Sədrliyinin, Xəzinədarlıq və Maliyyə Nazirliyinin, Özəlləşdirmə İdarəsinin, Səhiyyə Nazirliyinin və TİKA-nın nümayəndələri iştirak edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью