Azərbaycan Türkiyə Özbəkistan görüşünün yekunu olaraq Ankara Bəyannaməsi imzalanacaq

28.01.2025

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Sabah Ankarada baş tutacaq Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli görüşünün yekunu olaraq Ankara Bəyannaməsinin imzalanması nəzərdə tutulur.
Newscenter.az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Bildirilir ki, üçtərəfli görüşün gündəliyinin birinci bəndi Xarici siyasət məsələləri və regional əməkdaşlığa həsr olunub.
"Üçtərəfli görüşün sonunda Ankara Bəyannaməsinin imzalanacağı və Bəyannaməyə əlavə edilən Fəaliyyət Planının üç ölkənin gələcəkdə izləyəcəyi konkret yol xəritəsini müəyyən edəcəyi gözlənilir",-deyə Türkiyə XİN-in açıqlamasında qeyd edilir.
Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью